Mərkəzi Bank qısamüddətli not buraxıb

Mərkəzi Bank qısamüddətli not buraxıb
  14 Avqust 2017    Oxunub:1941
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycan Mərkəzi Bankının (AMB) yeni not emissiyasını 50100359S nömrəsi ilə dövlət qeydiyyatına alıb.
AzVision.az Palataya istinadən xəbər verir ki, emissiya hər birinin nominal dəyəri 100 manat olan 2 mln. ədəd dövlət qısamüddətli notlarının buraxılışını nəzərdə tutur.

Qiymətli kağızların tədavül müddəti 28 gündür.

AzVision.az


Teqlər: Mərkəzi-Bank  





Xəbər lenti