“Yerində tarix”in iştirakçıları Alban Məbədlərində - Video
Ekotur ilk olaraq qədim Alban Məbədlərinə ziyarətlə başlayıb. Uzanan yaşıl çəmənlik, dolama dağ yolları, sərt döngələrlə irəliləyən gənclərin şən qəhqəhələri, nəğmə səsləri ətrafa yayılıb. Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə günümüzədək qorunan abidələr haqqında ekotur iştirakçılarına ətraflı məlumat verib. Gənclər tarixi tikilinin ətrafında təmizlik işləri aparıb, ərazini alaq otlarından təmizləyiblər.
YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, professor Akif Süleymanov ekotur iştirakçıları ilə səmimi söhbət aparıb, onların dünyagörüşünün, bilik səviyyələrinin daha da genişləndirilməsi üçün məsləhət və tövsiyələrini veriblər. Bildirilib ki, ekotur ölkəmizin qədim tarixinin, zəngin mədəniyyətinin yaxından öyrənilməsində, nəzəri biliklərinin daha da zənginləşdirilməsində, onlar arasında sıx əlaqə və səmimi münasibətlərin yaranmasında mühüm əhəmiyyət daşıyır.
Layihə çərçivəsində Vüsal Qasımov tərəfindən “Bədən dili” adlı təlimə qatılan gənclər geniş müzakirələr aparıblar.
AzVision.az
Teqlər: Gəncə