30 ton qızıl Fondun inzibati binasında saxlanılır - Açıqlama

 30 ton qızıl Fondun inzibati binasında saxlanılır - Açıqlama
  04 Avqust 2017    Oxunub:2034
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinə daxil olan qızılın miqdarı hazırda 30 175 kq (970 146 troya unsiyası) təşkil edir və cari ildə qızılın miqdarında heç bir dəyişiklik baş verməyib.
ARNDF-dən AzVision.az-a verilən açıqlamada bildirilir ki, ARNDF-nin investisiya portfelinə daxil olan qızılın Mərkəzi Bankdan ARDNF-nin inzibati binasında yerləşən xəzinəyə daşınması prosesi 2017-ci ildə tam başa çatdırılıb.

ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar ARDNF-nin rüblük və illik hesabatları vasitəsi ilə mütəmadi olaraq ictimaiyyətə çatdırılır.

AzVision.az


Teqlər: ARDNF   Qızıl  





Xəbər lenti