Nazir Şəkidə vətəndaşlarla görüşdü

Nazir Şəkidə vətəndaşlarla görüşdü
  01 Avqust 2017    Oxunub:1781
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqustun 1-də Şəki şəhərindəki Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında Şəki, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından vətəndaşları qəbul edib.
AzVision.az xəbər verir ki, nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 20-dən çox vətəndaşın müraciətinə baxılıb. Əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrdə turizmin təşviqi və digər məsələlərlə bağlı olub.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydə alınıb.

AzVision.az


Teqlər: nazir   görüş  





Xəbər lenti