Xanımlarını imtahana gətirən ailə başçıları - Fotolar

Xanımlarını imtahana gətirən ailə başçıları - Fotolar
  26 İyul 2017    Oxunub:3071
Müəllimlərin İşə Qəbulu imtahanında 8 minə yaxın şəxs imtahan verib.
Təhsil Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. İmtahanda iki gün ərzində 8 minə yaxın şəxs iştirak edib.

Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

İmtahanlar avqustun 5 -dək davam edəcək.

Bu imtahanda iştirak edən müəllimlər test suallarını cavablandırarkən onları gözləyən yaxınlarının maraqlı fotoanlarını təqdim edirik.































AzVision.az


Teqlər: müəllim   imtahan  





Xəbər lenti