Millimiz üstünlüyü qoruya bilmədi 1:1-VİDEO

Millimiz üstünlüyü qoruya bilmədi 1:1-VİDEO
  08 Sentyabr 2013    Oxunub:1312
Bu gün Azərbaycan milli komandası "DÇ-2014"ün seçmə mərhələsində növbəti oyununa çıxıb.

Berti Foqtsun rəhbərlik etdiyi yığmamız İsrail millisi ilə qarşılaşıb.

Bu, yığma komandamızın “DÇ-2014”ün seçmə mərhələsində son səfər oyunu olub. Görüşün favoriti İsrail millisi olsa da, öz meydanımızda rəqiblə 1:1 hesablı heç-heçə etməyimiz komandamızın səfərdən də xalla dönəcəyinə ümid verirdi. Fasilədən sonra hesabı açan millimiz bu üstünlüyünü sonadək qoruya bilməyib və səfərdən bir xalla ayrılıb - 1:1.

Qeyd edək ki, komandamız cari seçmə mərhələdə hələ ki, qələbə qazanmayıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti