"Ölsəm, bağışla"nın ulduzu 47 yaşında

"Ölsəm, bağışla"nın ulduzu 47 yaşında
  24 İyul 2017    Oxunub:23739
Bu gün Yuğ Dövlət Teatrının aktrisası,əməkdar artist, aparıcı səhnə ustası Gülzar Qurbanovanın doğum günüdür.

Xanim aktirsamızın 47 yaşı tamam olur.


Qeyd edək ki, Gülzar Qurban qızı Qurbanova 24 iyul 1970-ci ildə Bakıda anadan olub. O, Moskva ÜmKİ-da teatr və kino aktyorluğu ixtisası üzrə Aleksey Batalovun kursunu bitirib.

1990-cı ildən Yuğ Dövlət Teatrında çalışır. Gülzar Qurbanova “Oğul” (Banu Çiçək, “Kitabi Dədə Qorqud”), “Salam” (Şəhriyarın həyat yoldaşı, M.Şəhriyar), “Səma” (Səda, Ş.İ.Xətainin), “Açar” (Tülkü, G.Nizami), “Ümid” (Qadın), “Dad” (Şıltaq qız, M.Füzuli), “Sentemental vals” (Nataşa, A.P.Çexov), “Arabir görüşməyə kişi axtarıram” (Qadın, R.İbrahimbəyov), “Can üstə” (Yazıçı, A.Məsud), “Vəsl” (Qadın, M.Füzuli), “Yar” (Qadın, M.Füzuli), “Naməlum Axundzadə” (Şəhrəbanu, Xacə Məsud, M.F.Axundzadə), “Medeya” (Medeya, V.Klim), “Səsimi unutma” (Qadın, K.Abdulla) və s. tamaşalarında uğurla çıxış edib.



Aktrisa “Qəm pəncərəsi” (1986), “İmtahan” (1987), “Ölsəm, bağışla” (1989),“Beşmərtəbəli evin altıncı mərtəbəsi” (1996),“Ərazi” (2005),“Dovşanın ölümü” (2008),“Bir addım” (2009),“Əlavə təsir” (2010),“Qardaşımdan yaxşısı yox idi” (2010),“Kabusun gözüylə” (2010),“Dolu” (2012),“Mayak” (2-12),“Sübhün səfiri” (2012), “Çaqqal nəfəsi” (2013),“Yarımçıq xatirələr” (2015),“Qırmızı bağ” (2016) və s. filmlərdə yaratdığı maraqlı obrazlarla tamaşaçıların sevgisini qazanıb.



Aktyor və rejissor Elxan Cəfərovun həyat yoldaşıdır.

2015-ci ildə “Yarımçıq xatirələr” filminə görə “Ən yaxşı qadın rolunun ifası” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb.



















Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti