Ekspert DİM-dən narazlıq etdi: "Ciddi problemlər mövcuddur"

Ekspert DİM-dən narazlıq etdi: "Ciddi problemlər mövcuddur"
  19 İyul 2017    Oxunub:3012
2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə qəbul imtahanlarının bütün mərhələləri, təşkilatçılığı əvvəlki illərlə müqayisədə kifayət qədər zəif təşkil olunub.
AzVision.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, ən ciddi problem isə bu və ya digər məsələ ilə bağlı informasiyanın əldə edilməsindədir.

“Şəxsi münasibətlərlə bunu əldə etmək olur, amma mən heç vaxt bundan istifadə etmirəm. Bildiyiniz kimi, bir neçə ildir ki, jurnalistika ixtisasına qəbul üçün qabiliyyət - esse imtahanı olurdu. Bu imtahandan sonra həmin fakültəyə qəbul balı 70 faiz endi. Hətta həmişə azı 500-dən yüksək balla qəbul aparılan jurnalistikada, başda Bakı Dövlət Universiteti də olmaqla böyük sayda plan yeri boş qaldı. Bu il isə jurnalistika ixtisasına qəbulla bağlı hansısa bir qeydiyyat hələki yoxdur. Bir neçə dəfə əsaslı şəkildə bu qəbul imtahanına irad bildirmişdim və onu məqbul hesab etməmişdim. Deyəsən təklif etdiym kimi bu qərar ləğv olunub.

Bu il bir sıra ixtisaslara qabiliyyət imtahanı yoxdur. Siyahını uzada bilərəm. Amma onlardan biri də aktyorluq fakültəsidir. Hər il 30-40-balla bu ixtisasa qəbul aparılırdı və ora qəbul olanlar o qədər də gələcəkdə peşəkar aktyor ola bilmirdi. Bununla da bağlı az-çox yazdıq. Bu ildən deyəsən bir sıra Mədəniyyət və İncəsnət Universitetinin qabiliyyət tələb edən ixtisasları kimi aktyorluq ixtisasına da qabiliyyət imtahanı olmayacaq”.

K.Əsədov hələ də abituriyent 4 jurnalının nəşr olunmamasına da irad bildirib. “Qəbul imtahanları 3 gün sonra başa çatır, artıq 80 faiz insan balını bilir. Amma hansı ixtisası seçəcək, nə qədər təhsil haqqı üçün gedib bankdan kredit götürməlidir, onu bilmir. Ümumiyyətlə DİM jurnallarını çap etdirməkdə həmişə gecikir. İxtisas seçiminə 10 gün qalıb, amma abituriyent 4 jurnalı hələdə yoxdur”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Kamran-Əsədov   DİM  





Xəbər lenti