Millimiz İsrailə qarşı

Millimiz İsrailə qarşı
  07 Sentyabr 2013    Oxunub:1214
Bu gün Azərbaycan milli komandası "DÇ-2014"ün seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun rəhbərlik etdiyi yığmamız İsrail millisi ilə qarşılaşacaq.

Bu, yığma komandamızın “DÇ-2014”ün seçmə mərhələsində son səfər oyunu olacaq.

Görüşün favoriti İsrail millisi olsa da, öz meydanımızda rəqiblə 1:1 hesablı heç-heçə etməyimiz komandamızın səfərdən də xalla dönəcəyinə ümid verir.

Qeyd edək ki, komandamız cari seçmə mərhələdə hələ ki, qələbə qazanmayıb.

İsveçli baş hakim Stefan Yohannessonun idarə edəcəyi oyun Bakı vaxtı ilə 22:45-də start götürəcək.

F qrupu

"DÇ-2014"ün seçmə mərhələsinin oyunları

22:45. İsrail – Azərbaycan



Teqlər:  





Xəbər lenti