"Ermənistanın xain hücumunu şiddətlə qınayırıq" - Türkiyə XİN

"Ermənistanın xain hücumunu şiddətlə qınayırıq" - Türkiyə XİN
  05 İyul 2017    Oxunub:1745
Türkiyənin Xarici İşlər Nazirliyi iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilən təxribatla bağlı bəyanat yayıb.
AzVision.az-ın məlumatına görə, bəyanatda deyiir:

“Ermənistanın törətdiyi bu mənfur hadisəni şiddətlə qınayırıq. Xain hücumda həyatlarını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı, atəş nəticəsində yaralanmış azərbaycanlıya şəfalar diləyirik.

Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edən Ermənistanın sərhəd bölgələrində ağır silahlarla törətdiyi təxribatlar, beynəlxalq hüquq və insan haqlarına zidd bir şəkildə mülki şəxsləri, xüsusilə qadın və uşaqları hədəf aldığını bütün çılpaqlığı ilə göstərir. Ermənistanın məqsədli olaraq sistematik bir şəkildə davam etdirdiyi bu şiddət siyasəti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli qarşısında ən böyük əngəldir. Bunun beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsi və Ermənistanın işğal etdiyi torpaqlardan çəkilməsi üçün lazımlı təzyiqin göstərilməsi lazımdır"- deyə bəyanatda vurğulanır.

Bəyanatda qeyd olunub ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupunun üzvü olaraq, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli və davamlı həllinin tapılması istiqamətindəki səyləri dəstəkləməkdə davam edəcək.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Türkiyə   XİN.   Alxanlı   Təxribat  





Xəbər lenti