Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın valyuta ehtiyatları artıb
  04 İyul 2017    Oxunub:1473
Mərkəzi Bankın valyuta ehtiyatları 2017-ci il iyul ayının 1-nə 4 mlrd. 964,1 mln. ABŞ dolları təşkil edib.
AMB-dən AzVision.az-a verilən məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 680,2 mln. dollar və ya 12,63% çoxdur. İyun ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 138,7 mln. dollar və ya 2,87% artıb. Сari ilin əvvəlindən artım 636,9 mln. dollar və ya 14,71% olub.

Azərbaycanda pul bazası bu il, iyulun 1-nə 8 274,5 mln. manat təşkil edib. Bu, iyunun 1-i ilə müqayisədə 485,8 mln. manat və yaxud 6,2% çoxdur. İlin əvvəlinə nisbətən pul bazası 414 mln. manat və yaxud 5,3%, son 1 ildə isə 585,1 mln. manat və yaxud 7,6% artıb.

AzVision.az




Teqlər: Valyuta   AMB  





Xəbər lenti