“WhatsApp”dan yeni funksiya - Gecə rejimi

“WhatsApp”dan yeni funksiya - Gecə rejimi
  04 İyul 2017    Oxunub:10736
“WhatsApp” messencerində yeni faydalı funksiyalar istifadəyə verilir. Mobil proqramın lokallaşdırılmasına həsr edilmiş səhifədə “Night Mode” (gecə rejimi) sorğu meydana çıxıb.
Məlumata görə, bu, gecə vaxtı gözə yüklənməni azaltmaq üçün proqramın interfeysini dəyişdirən gecə rejimi deyil. İndiki halda “Night Mode” rejimi kameranın işinin təkmilləşdirilməsi və zəif işıqlanma şəraitində çəkilmiş şəkillərin keyfiyyətinin artırılmasını nəzərdə tutur. Bu funksiya, həmçinin videozənglərdə dəstəklənə bilər.

Tərcümə üçün sorğu “iPhone” üçün nəzərdə tutulub. Ona görə yeni funksiya, çox güman ki, əvvəlcə “iOS” sistemində, bundan sonra isə “Android” sistemində əlçatan olacaq.

AzVision.az


Teqlər: WhatsApp   Telefon   Proqram   Gece-rejimi  





Xəbər lenti