Neft Fondunun gəlirləri artacaq

Neft Fondunun gəlirləri artacaq
  03 İyul 2017    Oxunub:1186
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri üzrə 27,6% artım nəzərdə tutulub.
AzVision.az xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsinə verdiyi rəydə öz əksini tapıb.

Belə ki, 2017-ci ildə fondun gəlirlərinin 2017-ci il təsdiqlənmiş büdcədə nəzərdə tutulan 8 370,6 mln. manatdan 10 677,6 mln. manata çatdırılması gözlənilir.

Bildirilib ki, əsas səbəb neftin dünya bazarlarında qiymətinin cari ilin ilk 5 ayında proqnozlaşdırılan nisbətlə müqayisədə 35%-dək artmasıdır.

Həmçinin Azərbaycan Respublikası Dövlət Neft Fondunun xərclərinin isə 14 451,3 mln. manatdan 14 459,1 mln. manatadək artacağı proqnozlaşdırılır.

AzVision.az


Teqlər: ARDNF   Proqnoz  





Xəbər lenti