Özəlləşdirmədən büdcəyə 50 milyon daxil olub

Özəlləşdirmədən büdcəyə 50 milyon daxil olub
  03 İyul 2017    Oxunub:1188
Hesablama Palatası özəlləşdirmədən daxilolmalar üzrə proqnoz göstəricisinin yerinə yetirilməsi ehtimalının aşağı olduğunu bildirib.
AzVision.az xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsinə verdiyi rəydə öz əksini tapıb.

Belə ki, 2017-ci ilin 5 ayında bu mənbə üzrə daxilolmaların cari ilin 200 mln. manat məbləğində müvafiq büdcə tapşırığına nisbətən 50 mln. manat təşkil etməsi göstərilib. Bu isə, yanvar-may ayları üzrə müvafiq proqnozun cəmi 25%-nə bərabərdir.

Qeyd edək ki, layihədə dövlət büdcəsinin kəsirinin özəlləşdirmədən daxilolmalar, xarici qrantlar və digər mənbələr hesabına (daxili və xarici borclanma, dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) maliyyələşdirilməsi nəzərdə tutulub.

Ümumiyyətlə, Hesablama Palatasının 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı təqdim etdiyi rəydə də özəlləşdirmədən daxilolmaların icra səviyyəsinin aşağı olduğu vurğulanıb. Rəydə 2016-cı il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi özəlləşdirmədən daxilolmalar üzrə 100 mln. manat məbləğində nəzərdə tutulduğu, ilin sonuna isə bu mənbədən dövlət büdcəsinə 68,768 mln. manat və ya 3,2 dəfə az olmaqla 31,232 mln. manat məbləğində vəsaitin daxil olduğu göstərilib.

AzVision.az


Teqlər: Büdcə   Hesablama-Palatası   Özəlləşdirmə  





Xəbər lenti