Paleofuturizm: İnsanlar kosmik şəhərləri belə təsəvvür edirdilər – ŞƏKİLLƏR

Paleofuturizm: İnsanlar kosmik şəhərləri belə təsəvvür edirdilər – ŞƏKİLLƏR
  01 İyul 2017    Oxunub:10408
1970-ci ildə NASA-nın təşəbbüsü ilə dizaynerlər və mühəndislər qrupu gələcəyin kosmik şəhərlərinin (koloniyaların) necə ola biləcəyini təsvir etmişdilər.
Şəkillərdəki kaloniyaların hər biri 70-ci illərin şəhərətrafı qəsəbələri böyüklükdədir, süni qravitasiya, tam həyat tsikli, özünütəminat sistemi ilə təchiz olunub.





Dizaynerlər gələcəyin koloniyalarını 3 formada təsəvvür edirdilər: toroidal (bublik formasında), sferik və silindrik. Bütün şəhərlər öz oxu ətrafında fırlanır. Düşünülürdü ki, onların tiktintisi üçün materiallar Aydan və asteroidlərdən götürüləcək.



Yer orbitində “Laqranj nöqtəsi” adlanan 5 məkan var. Bu nöqtələrdə yer ilə Ayın cazibə qüvvəsi bərabər olduğu üçün, orada yerləşdirilən obyektlər sabit qalırlar. Dizaynerlər kosmik şəhərlərin L4 və L5 nöqtələrində yerləşdiriləcəyini düşünürdülər.



Təəssüf ki, artıq bu kosmik romantizm tamamilə sıradan çıxıb. İndi insanlar belə planlar qurmurlar...



Onu da qeyd edək ki, keçmişdə gələcəklə bağlı təsəvvürlərin necə olduğunu öyrənən elm “paleofuturizm” adlanır.







Tariyel
AzVision.az



Teqlər: #Paleofuturizm   #Kosmik-şəhər  





Xəbər lenti