Britaniya səfirliyi Milli Şuraya cavab verdi - EKSKLÜZİV

Britaniya səfirliyi Milli Şuraya cavab verdi - EKSKLÜZİV
  05 Sentyabr 2013    Oxunub:1071
Milli Şura üzvləri səfirlikdən cavab alıblar.
Milli şuranın üzvü, AXCP sədr müavini Fuad Qəhrəmanlı AzVision.az-a açıqlamasında bildirmişdi ki, Milli Şura üzvləri “Çatam-Hauz”da iştirak etmək üçün Böyük Britaniya səfirliyindən cavab gözləyirlər. Məsələni aydınlaşdırmaq üçün səfirliyin mətbuat Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə əlaqə saxladıq.

Səfirliyin media əlaqələndiricisi Günel Əhmədova bildirib ki, Milli Şura üzvləri də digər şəxslər kimi adi qaydada viza üçün müraciət etməli və 15 gün müddətində cavab almalıdırlar:

“Səfirlik üçün əsas deyil ki, gedən kimlərdir. Yəni onların kimliyi önəm kəsb etmir. Amma məndə olan məlumata görə, artıq onlar səfirlikdən cavab alıblar”.

Qeyd edək ki, Böyük Britaniyanın Kral İnstitutu (Çatam-Hauz) Azərbaycanda keçiriləcək 2013-cü il prezident seçkiləri ilə bağlı müzakirələr planlaşdırıb. Müzakirələr 17 sentyabr 2013-cü il tarixində Londonda keçiriləcək. Milli Şura üzvlərindən Müsavat Partiyasının başqanı İsa Qəmbər, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və EL Hərəkatının sədri Eldar Namazovun Londona səfərində iştirakı nəzərdə tutulub.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti