TAP-ın rəhbəri dəyişdi

TAP-ın rəhbəri dəyişdi
  27 İyun 2017    Oxunub:1738
TAP konsorsiumunun (Trans Adriatic Pipeline AG, TAP) rəhbərliyinə yeni təyinat olub.
Luka Skieppati TAP-ın baş icraçı direktor, Uolter Peeraer isə prezident postuna təyin ediliblər. Hər iki şəxs vəzifələrinin icrasına iyunun 27-dən etibarən başlayır.

Qeyd edək ki, L. Skieppati Yan Bredşounu əvəzləyib.

L.Skieppati TAP-a 1991-ci ildən çalışdığı İtaliyanın “Snam” şirkətindən qoşulub.

U.Peeraerin sonuncu iş yeri isə Belçikanın “Fluxys” şirkəti olub. Mütəxəssis şirkətin İdarə Heyətinin üzvü və icraçı direktoru kimi fəaliyyət göstərib. (APA)

AzVision.az


Teqlər: TAP  





Xəbər lenti