Dolu Tovuzda 600-dən çox evə ziyan vurub

Dolu Tovuzda 600-dən çox evə ziyan vurub
  21 İyun 2017    Oxunub:2037
Tovuza yağan dolu rayonda ciddi fəsadlar törədib. Əlimərdanlı, Qaraxanlı, Qədirli, Xatınlı kəndlərində evlərin dam örtüyü tamamilə yararsız hala düşüb.
Hazırda sakinlər fəsadların aradan qaldırılması üçün müvafiq dövlət qurumlarından yardım gözləyirlər.

Əlimərdanlı kəndinin icra nümayəndəsi Süleyman Muradov AzVision.az-a bildirib ki, güclü yağış və dolu kənddə 600-dən çox evə ziyan vurub.

“Mənim evim daxil olmaqla kənddəki bütün evlərin dam örtükləri uçub, yaşamaq mümkün deyil. Dam örtükləri tamamilə dağılıb. Dəymiş ziyanı müəyyənləşdirmək üçün komissiya yaradılıb. Fövqəladə Hallar Nazirliyinin rayon şöbəsinin əməkdaşları tərəfindən evlərə dəymiş ziyam müəyyənləşdirilir. Bildirilib ki, sakinlərə müvafiq yardımlar ediləcək, sakinlərə dam örtüyü və digər tikinti materialları veriləcək".

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Tovuz   Dolu  





Xəbər lenti