“Neft Daşları”nda yeni quyu qazılır

“Neft Daşları”nda yeni quyu qazılır
  09 İyun 2017    Oxunub:3693
“Neft Daşları” yatağında 2585 nömrəli stasionar dəniz özülündən 2584 nömrəli quyuda qazma işlərinə başlanılıb.
SOCAR-ın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki üstü qumlu lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 2 min 800 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 20 ton neft və 2 min kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

AzVision.az


Teqlər: SOCAR   Neft-daşları  





Xəbər lenti