Layihədə iştirak etmək üçün RİİB-ə 3 bölgə üzrə 114 nəfərdən müraciət daxil olub. Müsahibə əsasında onlardan 84 nəfəri seçilib və təsviri sənət sahələri üzrə qruplaşdırılıb. Ağdamda 28, Sabirabadda 16, Zaqatalada isə 40 uşaq, yeniyetmə və gənc təlimlərdə iştirak edib. Nəzəri və praktik xarakter daşıyan təlimləri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbə heyəti aparıb.
Layihənin məqsədi regionlarda istedadlı gəncləri üzə çıxarmaq və onların seçdikləri təsviri sənət növü üzrə bacarıqlarını inkişaf etdirməkdir. Təlimləri uğurla başa vuran iştirakçıları RİİB və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası sertifikatlarla təltif edib. Layihənin digər bölgələrdə də davam etdirilməsi nəzərdə tutulur.
AzVision.az