5 problemli bank nəzarətə götürülüb

5 problemli bank nəzarətə götürülüb
  30 May 2017    Oxunub:3108
“Azərbaycanda bank sektorunun sağlamlaşdırılması istiqamətində tədbirlər görülüb, kapitalla bağlı problemi olan banklar sistemdən kənarlaşdırılıb, banklardakı əmanətlər 100% sığortalanıb”.
AzVision.az-ın məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

R.Aslanlı qeyd edib ki, hazırda kapitalla bağlı problemi olan 5 bank xüsusi nəzarət altındadır: “Bu ilin ortasına qədər onlar kapitallaşma ilə bağlı problemi həll etməlidir. Paralel olaraq Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması davam etdirilir, onun xarici öhdəlikləri restrukturizasiya edilir. Banklarda kredit portfelinin keyfiyyəti stabilləşib”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Rüfət-Aslanlı   Bank  





Xəbər lenti