Azərbaycanda büdcə profisiti yaranıb - 147,3 milyon manat

Azərbaycanda büdcə profisiti yaranıb - 147,3 milyon manat
  23 May 2017    Oxunub:3168
İcmal büdcə 8827,8 milyon manat kəsirlə proqnozlaşdırılsa da, faktiki olaraq 147,3 milyon manat büdcə artıqlığı( profisit) yaranıb.
AzVision.az xəbər verir ki, bu, “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində qeyd olunub.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcədə 9262,9 milyon manat kəsir qeydə alınıb. Bu da 2016-cı ildə istehsal olunmuş ÜDM-in 15,3 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 6,0 faiz-bənd, 2015-ci ilə nisbətən isə 3,6 faiz-bənd azdır.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Büdcə  





Xəbər lenti