İslamiadada 100-cü medalımızı qazandıq

İslamiadada 100-cü medalımızı qazandıq
  18 May 2017    Oxunub:1532
Azərbaycan idmançılarının IV İslam Həmrəyliyi Oyunlarında qazandığı medalların sayı 100-ə çatıb.
AzVision.az-ın məlumatına görə, 100-cü medalı boksçumuz Tayfur Əliyev qazanıb.

Dünən yarımfinalda məğlub olan idmançımızın 3-cü yer tutması məlum idi. Amma bu medal bu gün keçirilən final görüşündən sonra rəsmiləşib. 56 kq çəki dərəcəsində keçirilən final döyüşündə özbəkistanlı Abdulxay Şaraxmetov 1-ci, türkmənistanlı Yakub Meredov isə 2-ci yeri tutub.

AzVision.az


Teqlər: Boks   İslamiada  





Xəbər lenti