"Eurovision-2017"-nin qalibi məlum oldu - VİDEO (Yenilənib)

"Eurovision-2017"-nin qalibi məlum oldu -  VİDEO (Yenilənib)
  14 May 2017    Oxunub:110020
"Eurovision-2017” mahnı müsabiqəsinin finalı başa çatıb. Portuqaliya təmsilçisi Salvador Sobral 758 xalla yarış cədvəlində birinci olub. O, müsabiqədə "Amar Pelos Dois" mahnısını ifa edib. Bununla da “Eurovision - 2018” mahnı müsabiqəsi Portuqaliyada keçiriləcək.
Müsabiqədə ikinci yeri Bolqarıstan təmsilçisi tutub.

Azərbaycanlı ifaçı Diana Hacıyeva 120 xalla 14-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan Kiyevdə keçirilən “Eurovision-2017” mahnı müsabiqəsində 12 xalı Belarus təmsilçisinə, 10 xalı Moldova, 7 xalı isə Ukrayna təmsilçisinə verib.



***
Ukraynanın paytaxtı Kiyevdə "Eurovision-2017" beynəlxalq mahnı yarışmasının finalı keçirilir.

AzVision.az xəbər verir ki, Azərbaycan təmsilçisi Diana Hacıyeva (DiHaj) "Skeletons" mahnısı ilə 12-ci nömrə altında çıxış edib.

Azərbaycan təmsilçisinin çıxışı zalda coşqu ilə qarşılanıb.

Qeyd edək ki, finalda 26 ölkə iştirak edir. Finalda iştirak edən ölkələr bunlardır: İsrail, Rumıniya, Niderland, Macarıstan, Xorvatiya, Bolqarıstan, Avstriya, Danimarka, Belarusiya, Norveç, Azərbaycan, Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Ermənistan, Avstraliya, Kipr, Belçika.

Bu il yarışmaya ev sahibliyi edən Ukrayna, Fransa, İtaliya, İspaniya, Almaniya və Böyük Britaniya isə finala birbaşa vəsiqə alan ölkələrdir.

Bu il müsabiqədə rekord sayda - 42 ölkə iştirak edib. Belə ki, Portuqaliya və Rumıniya yenidən müsabiqəyə qayıdıb.



AzVision.az


Teqlər: Eurovision  





Xəbər lenti