"Eurovision-2017"nin qalibi İtaliya olacaq - Bukmekerler

"Eurovision-2017"nin qalibi İtaliya olacaq - Bukmekerler
  13 May 2017    Oxunub:3423
Bukmekerler “Eurovision-2017” mahnı müsabiqəsində qalib gələcək ölkənin adını açqılayıb.
AzVision.az xəbər verir ki, bukmerkerlərin fikrincə, müsabiqədə fovarit italiyalı Françesko Qabbianidir.

“Oddschecker.com” yazır ki, bukmekerlər Qabbianinin qələbəsini 2/1 olaraq qəbul edib. Belə ki, onun qələbəsinə bir dollar qoyan şəxs iki dollar əldə etmiş olacaq.

Bukmekerlər hesab edirlər ki, müsabiqədə qalib gəlmək üçün ən şanslı ikinci namizəd portuqaliyalı Salvador Sobraldır.

Qeyd edək ki, bu gün Ukraynanın paytaxtı Kiyevdə "Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək. Azərbaycan təmsilçisi Diana Hacıyeva (DiHaj) "Skeletons" mahnısı ilə 12-ci nömrə altında çıxış edəcək.

26 ölkənin mübarizə aparacağı final Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Eurovision  





Xəbər lenti