Dihaj finalda 12-ci sırada çıxış edəcək

Dihaj finalda 12-ci sırada çıxış edəcək
  12 May 2017    Oxunub:2337
Azərbaycan təmsilçisi Dihaj Ukraynanın paytaxtı Kiyevdə keçirilən "Eurovision-2017" mahnı müsabiqəsinin finalında 12-ci sırada çıxış edəcək.
Bu barədə AzVision.az qurumun rəsmi saytına istinadən xəbər verir.

Şənbə günü keçiriləcək finalda iştirakçılar aşağıdakı ardıcıllıqla çıxış edəcək. İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan, Fransa.

Xatırladaq ki, Azərbaycanı müsabiqədə "Skeletons" mahnısı ilə Diana Hacıyeva (Dihaj) təmsil edir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Eurovision  





Xəbər lenti