Təmsilçimiz "Eurovision"un finalına çıxdı - VİDEO

Təmsilçimiz "Eurovision"un finalına çıxdı - VİDEO
  10 May 2017    Oxunub:5624
Təmsilçimiz Diana Hacıyeva (Dihaj) “Eurovision-2017” mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb. Ukraynanın paytaxtı Kiyevdəki Beynəlxalq Sərgi Mərkəzində keçirilən "Eurovision-2017" mahnı müsabiqəsinin birinci yarımfinalında Diana Hacıyeva İsa Məlikovun və Sandra Byormanın müəllifi olduqları “Skeletons” mahnısını ifa edib.
Təmsilçimiz geyimindən tutmuş səhnə tərtibatına qədər mükəmməl performans nümayiş etdirib. Həzin səsi, gözəl ifa tərzi ilə seçilən Dihaj “Eurovision-2017” mahnı müsabiqəsinin favoritlərindən hesab olunur.

Finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri canlı şoudan sonra mətbuat konfransı keçirib. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 13-də çıxış ardıcıllığı müəyyən olunub. Təmsilçimiz Dijah "Skeletons" mahnısı ilə finalın birinci hissədə çıxış edəcək.

Qeyd edək ki, ikinci yarımfinal mayın 11-də, müsabiqənin final mərhələsi mayın 13-də keçiriləcək.



AzVision.az



Teqlər: Eurovision   Dijah  





Xəbər lenti