Gəncədə beynəlxalq elmi konfrans keçirilir - Fotolar
Konfrans giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev iştirakçıları salamlayaraq onları Nizami yurdunda görməkdən məmnun olduğunu bildirib. Şəhər rəhbəri müstəqil Azərbaycan dövlətinin qurucusu, memarı olan Heydər Əliyevin şərəfli həyat yolundan, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə verdiyi taleyüklü qərarlardan və atdığı tarixi addımlardan söz açıb. Ümummilli liderin müqayisəsiz əziyyətlərini xüsusi vurğulayan Elmar Vəliyev çıxışını Heydər Əliyevin "Azərbaycanın müstəqilliyi daimidir, dönməzdir və əbədidir" fikri ilə tamamlayıb.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov konfrans iştirakçılarını salamlayaraq ulu öndərin Azərbaycan xalqı qarşısında götürdüyü işlərin əvəzsiz olduğunu vurğulayıb. Konfransın 11 bölmədən ibarət olduğunu deyən Yusif Yusibov qeyd edib ki, ulu öndər Heydər Əliyev qoyub getdiyi və prezident İlham Əliyevin hal-haz;rda apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın hər bir bölgəsində bütün sahələrdə olduğu kimi təhsil, elm də inkişaf edir.
AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev qeyd edib ki, akademiyanın inkişafının böyük bir mərhələsi görkəmli Dövlət Xadiminin adı ilə birbaşa bağlıdır. Xalqımızın hər zaman Heydər Əliyev kimi bir şəxsiyyətlə fəxr etdiyini deyən Fuad Əliyev qədim elm və mədəniyyət mərkəzi olan Gəncədə keçirilən beynəlxalq elmi konfransın işinə uğurlar arzu edib.
Türkiyə Respublikasının İğdır Universitetinin rektoru Mehmet Hakkı qardaş ölkədə keçirilən konfransın əhəmiyətindən danışıb. Mehmet Hakkı rəhbərlik etdiyi universitetdəki təhsil sistemi və fəaliyyətindən danışaraq, ölkəmizdəki ali təhsil ocaqları ilə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.
Gürcüstan Respublikasının Telavi Dövlət Universitetinin təbiət və dəqiq elmlər fakültəsinin dekanı Maqda Davitaşvili Gəncə Dövlət Universiteti ilə olan əməkdaşlığın inkişaf etdiyini deyib.
Voronej Dövlət Universitetinin kimya elimləri doktoru Aleksandr Zavrajnov "Çoxkomponentli sistemlərin faza diaqramlarının tədqiqinin bəzi yeni üsulları", AMEA Neft-Kimya Prosesləri İnstitunun direktoru Vaqif Abbasov "Kimyanın digər fənlərlə əlaqəli tədrisində informasiya texnologiyalarından istifadə prespektivləri", Gəncə Dövlət Universitetinin Biologiya elmləri doktoru Vaqif Novruzov "Heydər Əliyev- bioloji müxtəliflik və ekoloji stabillik strategiyası" mövzusunda çıxış ediblər. Sonda beynəlxalq elmi konfransın qətnaməsi oxunub.
Bildirək ki, 4-5 may tarixlərində Gəncə Dövlət Universiteti tərəfindən keçirilən beynəlxalq elmi konfransda Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Fransa və İspaniyadan olan 150 nümayəndə iştirak edir.
AzVision.az
Teqlər: