Üç ölkənin birinci xanımı Bakıya gələcək

Üç ölkənin birinci xanımı Bakıya gələcək
  01 May 2017    Oxunub:2068
2017-ci ilin 4-6 may tarixində Bakıda keçiriləcək “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Mali Respublikasının birinci xanımı Madame Keita Aminata Maiga, Efiopiya Federativ Demokratik Respublikasının birinci xanımı Roman Tesfaye və Ruanda Respublikasının birinci xanımı iştirak edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, 4-cü Ümumdünya Forumu çərçivəsində həm Azərbaycan tərəfinin, həm də tərəfdaş qurumların təklifləri ilə bir sıra yeni beynəlxalq təşəbbüslərin əsasının qoyulması nəzərdə tutulur.

3 gün davam edəcək Forumda beynəlxalq tərəfdaşlarla birgə ümumilikdə 40-a yaxın sessiya, tədbir keçiriləcəkdir. Bu sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcəkdir.

Forum artıq 4-cü dəfədir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur.

AzVision.az


Teqlər: Mədəniyyət-Turizm-Nazirliyi  





Xəbər lenti