"Qarabağ" son şansını da itirdi

"Qarabağ" son şansını da itirdi
  30 Avqust 2013    Oxunub:1594
Bu gün UEFA-nın keçirəcəyi iclasda Avropa Liqasının qrup mərhələsində "Fənərbaxça" klubunu əvəzləyəcək komandanın adına aydınlıq gəlib.
Pley-off mərhələsində mübarizəni dayandıran 30 komandadan yalnız biri bu hüquqa yiyələnib.

Həmin komanda püşkatma zamanı müəyyənləşib. Xüsusi püşkatmada iştirak edən 30 komanda sırasında Azərbaycan təmsilçisi "Qarabağ" klubu da olub. Lakin püşk "Qarabağ"ın üzünə gülməyib və qrupa Kiprin APOEL klubu düşüb.

Avropa Liqasının qrup mərhələsində oynamaq şansı olan komandalar bunlar idi:

"Qarabağ" (Azərbaycan), “Molde” (Norveç), “Spartak” (Moskva, Rusiya), “Aktobe” (Qazaxıstan), “Nordşelland” (Danimarka), “Ştuttqart” (Almaniya), “Astra” (Rumıniya), “Dila” (Gürcüstan), “Kukesi” (Albaniya), “Voyvodina” (Serbiya), “Udineze” (İtaliya), APOEL (Kipr), “Saint-Etienne” (Fransa), “Tromse” (Norveç), “Petrolul” (Rumıniya), “Partizan” (Serbiya), “Nitsa” (Fransa), “Hafnarfjordur” (İslandiya), “Minsk” (Belarus), “Zalgiris” (Litva), “Nomme Kalyu”(Estoniya), “Paşinq” (Avstriya), “Slask” (Polşa), “Skenderbeu” (Albaniya), ”Feyenord” (Hollandiya), “Qrasshoper” (İsveçrə), “Dinamo” (Tiflis, Gürcüstan), “Jablonec” (Çexiya), “Braqa” (Portuqaliya) və "Az Alkmaar" - "Atromitos" cütünün qalibi.

Xatırladaq ki, "Az Alkmaar" (Hollandiya) - "Atromitos" (Yunanıstan) matçı stadionda baş verən yanğın səbəbindən yarıda qalıb.

AzVision.az



Teqlər:  





Xəbər lenti