“Qarabağ” almanlarla bacarmadı

“Qarabağ” almanlarla bacarmadı
  30 Avqust 2013    Oxunub:1393
Bu gün Avropa Liqasının pley-off mərhələsinin növbəti oyunlari keçirilib.
Təmsilçimiz “Qarabağ” Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun qonağı olub.

Gərgin mübarizə şəraitində keçən matç 2:1 hesabı ilə "Ayntraxt" klubunun xeyrinə başa çatıb.

Oyunda ilk qolu 10-cu dəqiqədə Meyer vurub, 58-ci dəqiqədə isə Reynaldo hesabı bərabərləşdirib (1:1), lakin 75-ci dəqiqədə İnui Alman klubunu irəli çıxartdı (2:1).

İlk oyunda "Qarabağ" 0:2 hesabı ilə məğlub olub.
Beləliklə, iki oyun nəticəsində "Qarabağ" Avropa Liqasının pley-off mərhələsi ilə vidalaşdı.

Qeyd edək ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində oynamaq şansı hələ də qalır. Belə ki, "Fənərbaxça"nı turnirdən kənarlaşdıran UEFA-nın bu gün keçiriləcəyi püşkatma mərasimində Türkiyə təmsilçisini əvəzləyəcək komandanın adına aydınlıq gələcək. Pley-off mərhələsində mübarizəni dayandırmış komandaların sırasında "Qarabağ"ın da adı var.


Teqlər:  





Xəbər lenti