"Qarabağ" uduzsa da Avroliqanın qrup mərhələsinə düşə bilər

"Qarabağ" uduzsa da Avroliqanın qrup mərhələsinə düşə bilər
  30 Avqust 2013    Oxunub:1205
EFA diskvalifikasiya edilmiş İstanbul klubu "Fənərbaxça"nı Avroliqanın qrup mərhələsində hansı klubun əvəzləyəcəyi ilə bağlı qərar çıxarıb.
ANS PRESS-in UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Avroliqanın pley-off mərhələsində uduzaraq mübarizəni dayandıran klublar arasından püşk nəticəsində qrupda yerini tutacaq komandanın müəyyənləşdirilməsi qərara alınıb.

Beləliklə "Ayntraxt"-"Qarabağ" cütü də də daxil olmaqla 30 cütdə uduzan komandalar püşkdə iştirak edəcəklər. Qeyd edək ki, "Qarabağ" iki oyunun nəticəsinə görə, bu gün "Ayntraxt"a məğlub olsa püşkatmada iştirak edəcək. Püşk sabah Bakı vaxtı ilə sabah 12:00-da atılacaq.



Teqlər:





Xəbər lenti