Natiq Əliyev prezidentin tapşırığı ilə ABŞ-a gedir

Natiq Əliyev prezidentin tapşırığı ilə ABŞ-a gedir
  24 Aprel 2017    Oxunub:2293
Prezident İlham Əliyevin tapşırığına əsasən 1-4 may 2017-ci il tarixində ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçiriləcək, neft-qaz sənayesi üzrə ən böyük sərgi və konfrans sayılan “Dənizdə Texnologiyalar Konfransı”nda Azərbaycanın nümayəndə heyəti də iştirak edəcək.
Energetika Nazirliyindən AzVision.az-a verilən məlumata görə, nümayəndə heyətinə nazir Natiq Əliyev rəhbərlik edəcək. Onun konfransda Azərbaycanın neft-qaz sahəsində əldə etdiyi nailiyyətlər, Xəzərin enerji resursları, enerji mərkəzi kimi imkanları, dənizdə neft yataqlarının işlənməsində tətbiq edilən texnologiyalar barədə çıxışı nəzərdə tutulub.

120 ölkəni təmsil edən 2400-ə qədər iştirakçının qatılacağı bu tədbir dəniz ehtiyatları və ətraf mühit məsələləri üzrə elmi-texniki biliklərini təkmilləşdirmək məqsədilə enerji mütəxəssislərinin fikir mübadiləsi apardıqları mühüm bir platforma, neft-qaz sənayesi üçün qlobal əhəmiyyətə malik konfrans kimi qiymətləndirilir.

AzVision.az


Teqlər: Prezident   İlham-Əliyev   Natiq-Əliyev   ABŞ  





Xəbər lenti