Əhalinin gəlirləri 6,7 faiz artıb

Əhalinin gəlirləri 6,7 faiz artıb
  19 Aprel 2017    Oxunub:1228
Yanvar-mart aylarında əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,7 faiz artaraq 11 milyard 362,1 milyon manata çatıb. Bir nəfərə düşən məbləğ orta hesabla 1171,3 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, bu dövrdə gəlirlərin 87,2 faizi son istehlak xərclərinə, 8 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 2,8 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 10 milyard 449,6 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,9 faiz çox vəsait qalıb.

AzVision.az


Teqlər: Statistika   Əhali  





Xəbər lenti