Muzdla işləyənlərin maaşı artıb

Muzdla işləyənlərin maaşı artıb
  17 Aprel 2017    Oxunub:1206
2017-ci il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1510,4 min nəfər olub, onlardan 883,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 627,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Bu barədə AzVision.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd olunub ki, muzdla işləyənlərin 22,2 faizi təhsil, 19,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,0 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.


2017-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artaraq 504,8 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Aytən Zəhra
AzVision.az



Teqlər: iqtisadiyyat   Statistika  





Xəbər lenti