Rusiya “Eurovision-2018”də iştirak etməyə bilər

Rusiya “Eurovision-2018”də iştirak etməyə bilər
  15 Aprel 2017    Oxunub:2769
Avropa Yayım İttifaqı Rusiyanın “Eurovision-2018” mahnı müsabiqəsindən kənarlaşdırılması məsələsini nəzərdən keçirəcək.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Yayım İttifaqından bildirilib.

Qurumdan, həmçinin deyilib ki, “Eurovision-2017”-nin keçirilməsi hazırda əsas prioritet təşkil edir: “Yaranan vəziyyətlə bağlı qərarlar müsabiqədən sonra veriləcək”.

Xatırladaq ki, Avropa Yayım İttifaqı (European Broadcasting Union-EBU) bundan əvvəl rəsmi şəkildə Rusiyanın “Eurovision-2017” mahnı müsabiqəsində iştirak etməyəcəyini açıqlayıb. Buna səbəb kimi Rusiyanın “Birinci kanal”ının “Eurovision-2017” mahnı müsabiqəsini yayımlamayacağı ilə bağlı bəyanatı göstərilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Eurovision  





Xəbər lenti