Regional təhdid və balansın pozulması: KTMT-də erməni liderliyi (TƏHLİL)
Bunun ardınca Moskvada ABŞ dövlət katibi Reks Tillerson və Rusiya xarici işlər naziri Lavrovla görüş baş tutdu. Dörd saat davam edən gərgin görüşdən sonra Tillerson təxminən iki saata yaxın Putinlə görüşdü.
Verilən bəyanatlardan sonra, həqiqətən də danışıqların aparılma prosesi, gərginliyin artıb-azalması, hərbi eskalasiyanın yaşanıb-yaşanmayacağı, koordinasiyalı əməliyyatların aparılıb-aparılmayacağı barədə konkret nəticəyə gəlmək mümkün olmadı.
Təsvir edilən vəziyyət fonununda AİB-KTMT zirvə görüşlərinin keçirilməsi xüsusi xarakter alır və Qərb alyansına cavab olaraq düşünülür. Xüsusilə hazırkı gərgin vəziyyətdə KTMT baş katibi vəzifəsində Ermənistan nümayəndəsininn təyinatı məsələsi daha çox maraqlandıran və xatırlanacaq mövzular sırasındadır. Artıq bir il ərzində bu proses bir neçə dəfə və sonuncu dəfə ötən ilin dekabr ayında Sankt-Peterburqda təxirə salınırdı.
Hazırda baş verən görüşdə Ermənistan Milli Təhlükəsizlik Şurasının sədri Yuri Xaçaturovun KTMT-nin yeni baş katibi təyin edilməsi bölgənin regional təhlükəsizliyinə ciddi tədidlər yaradacaq. KTMT-nin rəsmi dövlət sərhədlərinə cavabdehliyi təşkilatı təbii ki, Qarabağ münaqişəsinə müdaxilə etməsinə imkan verə bilməz. Lakin, Qarabağ münaqişəsinin yalnız iki tərəflə Ermənistan-Azərbaycan arasında aparıldığını, dəfələrlə rəsmi dövlət sərhədlərində Ermənistanın təxribatlar etdiyini təhlil edərsək Ermənistanın heç də bu təşkilata rəhbərlik etdiyi dövrdə sakit oturmayacağı qənaətinə gələ bilərik.
Qarabağ cəbhəsində gərginləşməsi proqnozlaşdırlan növbəti müharibə eskalasiyası zamanı KTMT rəhbərliyinin Ermənistana verilməsi açıq-aşkar qüvvələr balansının pozulmasıdır.
ABŞ-la kəskinləşən qeyri-sabit vəziyyətdə Ermənistan kimi cılız bir dövlətə həvalə edilən bu vəzifə nəinki Qafqaz regionunda, bütöv bir MDB məkanında, o cümlədən Yaxın Şərqdə NATO-a qarşı mübarizədə Rusiyanın özü üçün də təhlükəsizliyin təmin edilməsində dərin problemlər yaradacaq.
Şahin Qocayev
AzVision.az
Teqlər: