23 bankın 50-dən çox filialı gücləndirilmiş rejimdə işləyir

23 bankın 50-dən çox filialı gücləndirilmiş rejimdə işləyir
  14 Aprel 2017    Oxunub:1763
İlk dəfə keçirilən “Bakı Ticarət Festivalı” ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə aprel ayının 10-dan etibarən 23 bankın 50-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Qurumdan AzVision.az-a verilən məlumata görə, festival dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 6 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərir.

Festivalla əlaqədar olaraq həmçinin MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərir. Yarana biləcək hər hansı bir problemlə ölkə vətəndaşları və turistlər MBNP-nin əməkdaşına müraciət edə bilərlər:
Koordinator: Elşən Səmədov - Email: [email protected]
Tel: (+944) 51 444 25 32

Festival zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələri MBNP-nin rəsmi internet səhifəsində yerləşdirilmişdir.

Aytən Zəhra
AzVision.az



Teqlər: Bank   MBNP  





Xəbər lenti