“Barselona” superkuboku qazandı

“Barselona” superkuboku qazandı
  29 Avqust 2013    Oxunub:1353
İspaniya Superkubokunun həlledici oyununda Azərbaycanın sponsoru olduğu, son Kral Kubokunun qalibi Madridin “Atletiko” klubu ilə ölkə çempionu “Barselona” üz-üzə gəlib.
Bu komandalar arasında keçirilən ilk oyunda qalib müəyyənləşməmişdi - 1:1. Cavab görüşündə də bərabərlik qeydə alınıb. Lakin bu dəfə qapılara qol vurulmayıb - 0:0. Bu nəticə ilə İspaniya Superkubokunu "Barselona" qazanıb.

Xatırladaq ki, “Atletiko” tarixi ərzində yalnız bir dəfə - 1985-ci ildə İspaniya Superkubokunu qazanıb. Kataloniyalılar isə buna qədər 9 dəfə bu mükafatın sahibi olublar.






Teqlər:  





Xəbər lenti