Stiven Kinq plagiatlıqda ittiham olunur

Stiven Kinq plagiatlıqda ittiham olunur
  29 Mart 2017    Oxunub:2592
Amerikalı yazıçı Stiven Kinq ideya oğurluğunda ittiham edilir.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, söhbət Kinqin “Qaranlıq qüllə” romanından gedir. Belə ki, adı hələlik açıqlanmayan “The Rook” komiksinin yaradıcısı bildirib ki, "Qaranlıq qüllə" romanın baş qəhrəmanı Ronald Diskeyn “The Rook” komiksinin baş qəhrəmanı Restin Deyn obrazının əsasında yaradılıb. Onun sözlərinə görə, qəhrəmanların geyimləri, hadisələrin baş verdiyi qüllə də tam oxşardır.

Qeyd olunub ki, Restin Deyn obrazı 1977-1983-ci illərdə komiks jurnalında çap olunub. "Qaranlıq qüllə" silsilə romanının ilk kitabı isə 1982-ci ildə çap olunub. İddia qaldıran şəxs yazıçıdan 500 milyon dollar təzminat tələb edib

Bütün bu iddiaların fonunda Stiven Kinq “The Rook” komikslərini oxuduğunu etiraf edib.

AzVision.az



Teqlər: StivenKinq   Plagiat  





Xəbər lenti