Xalq artistləri İtaliyada ustad dərsi keçəcək

Xalq artistləri İtaliyada ustad dərsi keçəcək
  18 Mart 2017    Oxunub:2721
Martın 19-dan 26-dək İtaliyanın Florensiya şəhərinin L.Kerrubunu adına Konservatoriyasında “Erasmus” layihəsi çərçivəsində ustad dərsləri təşkil olunacaq.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Florensiya Konservatoriyasının birgə layihəsi əsasında reallaşacaq ustad dərsləri çərçivəsində konsert proqramı da təqdim ediləcək.

Ustad dərsləri və konsert Bakı Musiqi Akademiyasının professorları, tanınmış vokalçılarımız Xalq artistləri Xuraman və Fidan Qasımova bacıları tərəfindən keçiriləcək.

Qeyd edək ki, layihə ölkələrarası mədəni əlaqələrin möhkəmləndirilməsini təmin etmək və milli mədəniyyətlərin mübadiləsini həyata keçirmək məqsədi daşıyır.

AzVision.az


Teqlər: Xalqartisti   İtaliya  





Xəbər lenti