FES uçot dərəcəsini yenə artıracaq - Yenilənib

FES uçot dərəcəsini yenə artıracaq - Yenilənib
  16 Mart 2017    Oxunub:11004
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) bu il ərzində uçot dərəcəsini daha iki dəfə, təxminən 1,375%-dək artıracaq.

Bunu Açıq Bazar Əməliyyatları üzrə Komitə üzvlərinin əksəriyyəti proqnozlaşdırır.

Ötən ilin dekabrında FES 2017-сi ildə uçot dərəcəsinin 3 dəfə artırılacağını proqnozlaşdırmışdı.

“Artımı ABŞ iqtisadiyyatında vəziyyətin yaxşılaşması və prezident Donald Trampın iqtisadi siyasət üzrə təklifləri labüd edəcək”, - deyə FES-in fevralın sonunda yaydığı məlumatda bildirilirdi.

***

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası keçirilib.

AzVision.az xəbər verir ki, FES-in mart ayı üzrə iclasının yekununda qərar qəbul olunub. Qərara əsasən FES baza faiz dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1% faizə qədər artırıb.

Uçot dərəcəsinin artımı ekspertlərin proqnozları ilə üst-üstə düşüb.

Qeyd edək ki, sonuncu dəfə FES uçot dərəcəsini ötən il artırıb.

AzVision.az


Teqlər: FES   Dollar  





Xəbər lenti