İki güləşçimiz çempionluğun bir addımlığında

İki güləşçimiz çempionluğun bir addımlığında
  25 Avqust 2013    Oxunub:1430
Serbiyanın Zrenyanin şəhərində yeniyetmə güləşçilər arasında dünya çempionatı keçirilib.
AzVision.az xəbər verir ki, milli komandamızın üzvü Mahir Əmiraslanov 1/16 finaldan mübarizəyə başlayaraq finaladək maneəsiz irəliləyib. Cənubi Afrika Respublikasını, Gürcüstanı, ABŞ-ı və Polşanı təmsil edən idmançılarına qalib gəlib. Finalda güləşçimizin rəqibi Rusiya idmançısı olacaq.

Digər güləşçimiz, Abdulmuslim Muxuddinov isə isveçli, latviyalı, almaniyalı və hindistanlı güləşçiləri mübarizədən kənarlaşdıraraq finala yüksəlib.

Onun finaldakı rəqibi isə İran pəhləvanı olacaq.


Teqlər:  





Xəbər lenti