`Azərsu`nun bir neçə xidməti elektronlaşdırılıb

`Azərsu`nun bir neçə xidməti elektronlaşdırılıb
  20 Fevral 2017    Oxunub:1635
Artıq istehlakçılar su sayğacının plomblanması, quraşdırılması və dəyişdirilməsi üçün “www.e-gov.az” portalı üzərindən rəsmi formada elektron müraciət edə biləcəklər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən AzVision.az-a verilən məlumata görə, “Azərsu” ASC-nin təqdim etdiyi “Su sayğaclarının plomblanmasına (quraşdırılma və ya dəyişdirilməsinə) dair müraciət” adlı xidmət “Elektron hökumət” portalına inteqrasiya edilib.

Xidmət qeydiyyatlı olduğu üçün abonentlər ilk növbədə portalda təqdim edilən autentifikasiya vasitələrindən biri ilə portaldan qeydiyyatdan keçməlidirlər. Daha sonra ASC-nin təqdim etdiyi xidmətlər içərisindən “Su sayğaclarının plomblanmasına (quraşdırılma və ya dəyişdirilməsinə) dair müraciət” adlı xidmət seçilməli, təqdim edilən pəncərədə abonent kodu daxil edilməli və “Davam et” düyməsi seçilməlidir.

Açılan pəncərədə daxil edilən koda uyğun abonent məlumatları görünür.

AzVision.az


Teqlər:





Xəbər lenti