Göyçaylı iş adamı oğluna 10 gün toy etdi

Göyçaylı iş adamı oğluna 10 gün toy etdi
  15 Fevral 2017    Oxunub:10838
Azərbaycanda 10 gün 10 gecə toy çalınıb.

AzVision.az AzNews.az-a istinadən xəbər verir ki, toy Göyçay rayonunun Bığır kəndində olub. Kəndin Cəsarət adlı iş adamı on gün Hilal adlı yeganə oğluna toy edib.

Məclisin aparıcısı Pünhan İsmayıllı açıqlamasnda bildirib ki, toyun səbəbkarı olan Hilal bəy Rusiyada yaşayır: “Bəyin qohum-əqrabaları ardıcıl olaraq kəndə Hilala toy edib. Axırıncı toyu isə atası edib. Əsas toyun müğənnisi Manaf Ağayev olub. Toy sahibi dedi ki, “əhd eləmişəm, oğlumun toyunda mikrofonsuz oxuyacaqsınız”. Mən şeir dedim, Manaf Ağayev də oxudu.”

Müğənni Manaf Ağayev isə bildirib ki, toya 500 şəxs dəvət olunub, amma 1000 nəfər iştirak etdiyini vurğulayıb:

“Mən əsas toyda oxumuşam. Hələ belə toy olmamışdı. Camaatı zal tutmurdu, məcbur olub aşağı zalı da götürdülər. Mən də mikrofonsuz oxudum, aparatura yox idi, heç kəs gözləmirdi ki, toya bu qədər adam gələcək. Əvvəl iki ciyər axşamı, ardınca da qız toyu olub. 4 gün davam edən toy mərasimlərindən xəbərim var, amma qalanlarının harada keçirilməsindən xəbərsizəm”.

AzVision.az




Teqlər:





Xəbər lenti