`Eurovision-2017`nin biletləri sabah satışa çıxarılacaq

`Eurovision-2017`nin biletləri sabah satışa çıxarılacaq
  14 Fevral 2017    Oxunub:1881
Kiyevdə keçiriləcək “Eurovision-2017” mahnı yarışmasının biletləri sabahdan satışa çıxarılacaq.

Ukraynanın birinci milli telekanalının məlumatına görə, biletlərin qiyməti 8 avrodan 500 avroyadək olacaq. 70 minə yaxın bilet mahnı müsabiqəsinin 9 konsertinə - 6 məşq, iki yarımfinal və final konsertlərinə satılacaq.

Xatırladaq ki, müsabiqənin yarımfinallarının mayın 9-da və 11-də, final yarışmasının mayın 13-də Kiyevdə keçirilməsi planlaşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti