Neftimizin qiyməti 58 dollara yaxınlaşır

Neftimizin qiyməti 58 dollara yaxınlaşır
  11 Fevral 2017    Oxunub:1581
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
AzVision.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,86 dollar və ya 1,62% artaraq 53,86 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,07 dollar və ya 1,92% artaraq 56,70 dollar olub.

"AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,31 dollar və ya 2,31% artaraq 57,99 dollar təşkil edib.

AzVision.az


Teqlər:





Xəbər lenti