İranla Azərbaycan milli valyuta ilə ticarət edə bilər

İranla Azərbaycan milli valyuta ilə ticarət edə bilər
  11 Fevral 2017    Oxunub:2001
Gələn həftə İran və Azərbaycan hər iki ölkənin kommersiya bankları arasında hesablaşma hesablarının açılması barədə daha əvvəl əldə olunmuş razılaşmanı müzakirə edəcək.

AzVision.az xəbər verir ki, bu sözləri “Trend”ə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.

Səfirin sözlərinə görə, bununla əlaqədar İran Mərkəzi bankının rəhbəri Vəliulla Seyf fevralın 12-i Bakıya səfər edəcək.

Bundan başqa, V.Seyf səfəri zamanı qarşılıqlı ticarətdə milli valyutalardan istifadə olunması imkanlarını da müzakirə edə bilər.

AzVision.az


Teqlər:  





Xəbər lenti