Rəsul Quliyev Milli Şuranı ifşa etdi

Rəsul Quliyev Milli Şuranı ifşa etdi
  23 Avqust 2013    Oxunub:1277
Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev Milli Şura ilə bağlı baş verən son proseslər haqqında facebook profilində kəskin iradlar bildirib. O Milli Şuranın yaranmasından, qrumda verilən yalnış qərarlardan və nəhayət onu məğlubiyyətə düçar edən səbəblərdən danışıb.
-Əvvəl Milli Şuranın yaranma tarixinə baxaq. İdeya yeni deyil. Artıq təqribən axırıncı son 100 ildə 2 dəfə Milli Şura yaradılmışdı və necə işlədiyidə məlum idi. Ona görə də 7 ay bundan öncə 50 üzvüdən ibarət Milli Şura yaratmaq ideyası ortaya atılanda bir çoxları və o cümlədən mən, bu qədər çox saylı üzvlərlə Milli Şura idarə edilməz bir təşkilat olacaq skeptik düşünənlərdən biri idim. Çünki az saylı, 35 üzvün iştirak etdiyi birinci Milli Şuranın ömrünün cəmi 20 gün çəkdiyini bilirik. Dağılmasınında səbəbi lazımsız məsələlərin səhərdən axşama müzakirə edilməsi və heç bir qərarın qəbul edilməməsi olub.

İlk gündən prezident seçkisini bütün variantlarda udmaq məqsədi əvəzinə nəyin bahasına olursa olsun Milli Şura yaratmaq ideyası 4 ay müddətində 3 təşkilatın apardığı (Müsavat, AXCP, “EL” hərəkatı) ‘’gərgin’’ danışıqlardan sonra nəhayət ki, Milli Şuranı yaratmaq reallaşdı. Milli Şuranın ilk variantı bizim əvvəlcədən düşündüyümüz kimi İctimai Palata, EL hərəkatı və bir neçə adam ACP, KXCP, Liberal Partiyalarından ibarət idi. Artıq Milli Şuranın üzvülərinin sayı 80 nəfərə çatdırılmışdı. Sonradan aparılan danışıqların əsasında və əlavə təşkilatları ora əlavə etməklə Milli Şuranın üzvlərinin sayı 130 nəfərə çatdırıldı və nəhayət ki, iyunun əvvəlində yaradıldı.

Belə bir qurumun, xüsusilə Azərbaycanda işləyən qurum ola bilməyəcəyini gərək hər bir şəxs anlayardı. 10-15 nəfərdən ibarət idarə heyyəti və ya buna bənzər orqanın yaradılması təşəbbüsü taran edildi, şəxsi və qrup maraqları üstünlük təşkil etdiyi Milli Şuradan seçki ilə əlaqədar heç bir ciddi müzakirə aparılmadı, ancaq iyunun axırında nəhayət ABŞ konqresmenlərinin xahişi ilə vahid namizəd seçildi.

Bir ay, vahid namizədin gələ bilməyəcəyi barədə şübhə toxumu səpən Milli Şuranın seçkilərə necə getmək planı və proqramını müzakirə edib qərar qəbul etmək əvəzinə alternativ namizəd axtarışında oldu. Hətta Tiflisdə vahid namizədlə görüşəndən sonra da bu proses davam etdirildi. Bu qalmaqallardan yorulmuş vahid namizəd, seçkiyə getmək istəməyənlərin məğlubiyyətin səbəblərini ancaq onun üzərinə atacaqlarını görüb, məktubla və intervyularında avqustun əvvəllərində dəfələrlə “kim istəyir namizədliyini versin əgər məndə alınmazsa seçki qabağı kimin reytinqi yüksəkdir onu dəstəkləyərik” bəyanatlarını verdi.

Bu məntiqi ideyadan narahat olan Milli Şuranın bəzi üzvləri tələm tələsik ehtiyat namizəd ideyasını irəli atdılar. Ehtiyyat namizəd kimi hörmətli tarixçi alim Cəmil müəllimin adını hallandırmağa başladılar. Ehtiyat namizəd uğrunda can fəşanlıq edənlərin məqsədi nədir, prezident seçkilərində qələbə çalmaq, fikirləşirəm ki, psixi xəstəxanaların klientləri arasındada buna inanan tapılmaz.

Aydın məsələdir ki, nə Azərbaycanın daxilində, nə də xaricdə müxalifətçi lider kimi yox, sadəcə olaraq tarixçi alim kimi tanınan hörmətli Cəmil müəllimi özlərinin siyasi arenada qalmaqları naminə qurbanlıq kimi seçmiş şəxslər düzgün yolda deyillər. Düşünürlər ki, birincisi Rüstəm İbrahimbəyov bizləri dezinformasiya etməklə uzun müddət vaxtımızı apardı, ikincisi ehtiyat namizədin olmasının əleyhinə çıxış edənlər imkan vermədilər bu işə məsələn 5 gün qabaq başlayaq deməklə daha doğrusu başqalarını günahlandırmaqla siyasi həyatlarını əvvəlki qaydada davam etdirəcəklərinə inanırlar.

Bu siyasəti aparanlar heç bir faizdə seçkilərdə qələbə çalmağa ümidli deyildir, onlar primitiv siyasətləri ilə növbəti dəfə arenada ilişib qalmaq istəyirlər. Doğrudanmı onlar camaatın nəyə görə öz namizədliyini irəli sürmədin sualına cavab verə biləcəklərinə inanırlar? Milli Şuranın sədri bu baryeri aradan götürmək üçün 10 gün bundan öncə dəfələrlə intervyularında söyləmişdi. Nəyə görə istifadə olunmadı? Bu yolla köməksizliyinizi, qüvvənizim olmadığını gizlətmək istəyirsiniz, heç olmazsa başqalarını günahlandırmaq lazım deyildir.

Azərbaycanda proses hansı ssenari ilə davam edəcəkdir. Ehtiyat namizəd statusu verilən kimi, əsas namizədin qeydiyat üçün aparacağı mübarizənin üzərindən demək olar ki xətt çəkiləcək. Azərbaycanda demokratik seçkilərə sözün əsl mənasında dəstək vermək istəyən ABŞ və Avropa ittifaqının tək müxalifətə yox bütövlüklə Azərbaycan xalqına münasibəti skeptikləşəcək.

Belə əlverişli şərait üçün çalışan hökümət çox ehtimal İlqar Məmmədovun qeydiyyat məsələsini həll edəcək və onu bir namizəd kimi sentyabrın 15-nə qədər həbsdən azad edəcək. İlqar Məmmədov Azərbaycan siyasətində ən qəribə fiquradır. Ölkədə onu heç kim tanımır, ancaq xaricdə həm ABŞ həmdə Avropa ittifaqında çox yaxşı tanıyırlar, deməli onların diqqəti Məmmədova yönəldiləcək. Cəmil müəllimi istəsələr qeydiyyatdan keçirəcəklər istəməsələr yox. Çünki onunla müqayisədə Məmmədov əsl müxalifət hesab olunur beynəlxalq aləmdə.

Sabah belə bir ssenarinin baş tutması üçün Milli Şura qərar qəbul edəcək. Bilmirəm ola bilər kiŞ kimlərsə bu işdən müəyyən xeyr əldə etdi özü üçün, ancaq Azərbaycan xalqı üçün çox acınacaqlı qurtaracaq bu proses.


Teqlər:  





Xəbər lenti