Azərbaycana gələn turistlərin sayı kəskin artıb - Statistika

Azərbaycana gələn turistlərin sayı kəskin artıb - Statistika
  01 Fevral 2017    Oxunub:1906
2016-cı il ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2.242.783 nəfər olub.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən əmlumata görə, bu, 2015-ci il ilə müqayisədə 11.7 faiz artım olduğunu göstərir. Dövr ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşları çoxluq təşkil etmiş və müvafiq olaraq 33 faiz, 22.5 faiz, 13,9 faiz və 10.9 faiz müəyyən edilib.

Bir sıra ölkələrin, o cümlədən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb.

Belə ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib. Körfəz və Yaxın Şərq ölkələri, Asiya ölkələri, Afrika ölkələri, Amerika və Avstraliya ölkələri üzrə gələnlərin sayında da artım baş verib.

Aytən Zəhra
AzVision.az



Teqlər:  





Xəbər lenti